Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərlə bağlı hesabat konfransı keçirib - FOTOSESSİYA

Mətbuat Şurası 2013-cü ildə gördüyü işlərlə bağlı hesabat konfransı keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 24 yanvar 2014 12:34 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Mətbuat Şurasının (MŞ) 2013-cü ildə gördüyü işlərə dair hesabat konfransı keçirilib. MŞ-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MŞ sədri Əflatun Amaşov bildirib ki, ötən il rəhbərlik etdiyi quruma ümumilikdə 610 müraciət daxil olub. 610 müraciətdən 423-ü bilavasitə kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətlərdir. Şikayətlərdən 192-i ayrı-ayrı vətəndaşlardan, 123-ü dövlət idarə müəssisə və təşkilatlarının təmsilçilərindən, 56-ı özəl müəssisələrdən, 21-i ictimai qurumlardan, 19-u siyasi partiyalardandır.

2013-cü ildə Şuraya daxil olan şikayətlərin 241-i katiblikdə həllini tapıb, 182-nə komissiyalarda baxılıb. Bunlardan 105-i Şikayətlər üzrə Komissiyada, 48-i “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasında, 8-i Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasında, 11-i İnternet media resursları üzrə Komissiyada, 10-u Sosial-iqtisadi komissiyada araşdırılıb.

Şuranın İdarə Heyəti 2013-cü ildə ümumilikdə 17 qərar çıxarıb. Ayrı-ayrı KİV-lə bağlı qərarlar onlardan 5-nə xəbərdarlıq edilməsini nəzərdə tutub. 10 qərarda KİV-in peşə prinsiplərinə etinasızlığı əksini taparaq media orqanlarına bundan nəticə çıxarmaq tövsiyə olunub. 2 qərar cavabdeh nəşrin adının Mətbuat Şurasının “qara siyahı”sına salınmasını nəzərdə tutub.

Daha sonra MŞ İdarə Heyətinin üzvləri çıxış edib. Onlar MŞ-nın 2013-cü ildəki fəaliyyətini müsbət dəyərləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR