Bakıda yolların buz bağlaması nəticəsində travma alan 7 nəfər təcili yardıma müraciət edib

Bakıda yolların buz bağlaması nəticəsində travma alan 7 nəfər təcili yardıma müraciət edib
# 05 fevral 2014 08:09 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ötən sutka ərzində (dünən səhər 09:00-dan bu gün saat 09:00-dək) Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1600 müraciət daxil olub. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, müraciətlər müxtəlif hadisələrlə bağlı olub və onların 10%-i xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, dəm qazı zəhərlənməsi ilə bağlı stansiyaya 15 nəfər müraciət edib, onlardan 11 nəfəri xəstəxanaya yerləşdirilib: “Ötən gün yol-nəqliyyat hadisəsi olmayıb. Yalnız 1 nəfəri-55 yaşlı kişini Salyan yolunda maşın vurub və o da Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Z.Vahidova qeyd edib ki, yolların buz bağlaması nəticəsində sürüşmə və əzilmə ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ötən sutka ərzində 7 nəfər müraciət edib. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib. Sürüşmə nəticəsində yuxarı və aşağı ətrafların zədələnməsi halları baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR