Hövsanda xəsarətlə nəticələnən yol qəzası baş verib - FOTOSESSİYA - VİDEO

Hövsanda xəsarətlə nəticələnən yol qəzası baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 08 yanvar 2014 00:23 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Hövsan qəsəbəsində, Elman Qasımov küçəsində qeydə alınıb. 90 NA 391 dövlət nömrə nişanlı “VAZ-2107” və 90 ET 453 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillərin toqquşması nəticəsində "Opel"in sürücüsü, 42 yaşlı Teymurov Məzahir Zülfü oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb.

Qəzanın səbəbləri Suraxanı Rayon Polis İdarəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR