WTİ ucuzlaşıb, Brent bahalaşıb

WTİ ucuzlaşıb, Brent bahalaşıb
# 16 may 2014 07:27 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin dəyəri 0,87 dollar ucuzlaşaraq 1 barelə görə 101,50 dollar təşkil edib.

APA-Economics”in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar artaraq 110,44 dollar olub.

Dünya bazarlarında neftin qiymətinin fərqli olmasına səbəb ABŞ-ın enerji ehtiyatları ilə bağlı açıqladığı statistika olub.

Qərb analitikləri həmçinin bunu Ukrayna daxilində müşahidə olunan qeyri-stabil vəziyyətlə əlaqələndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR