Bank VTB (Azərbaycan) müştəriləri VTB qrupun geniş bankomat şəbəkəsindən istifadə edə bilər

Bank VTB (Azərbaycan) müştəriləri VTB qrupun geniş bankomat şəbəkəsindən istifadə edə bilər
# 16 aprel 2014 08:10 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bank VTB (Azərbaycan) ASC-nin müştəriləri VTB qrupun genişləndirilmiş bankomat şəbəkəsindən istifadə edə bilər.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, Rusiya bankı olan “Transkreditbank” ASC-nin bankomat şəbəkəsinin VTB qrupun ümumi şəbəkəsinə qoşulması nəticəsində ATM-lərin sayı xeyli artıb.

Bank VTB (Azərbaycan) plastik kart sahibləri nağd pul vəsaitlərini Rusiyanın “VTB24”, həmçinin VTB-nin MDB və Gürcüstan ərazisində olan 11 500-dən artıq bankomatdan əldə edə bilərlər. Nağdlaşdırma əməliyyatını əlavə komissiya ödəmədən, yəni plastik kartı təqdim etmiş bankın şərtlərinə uyğun həyata keçirmək mümkündür.

VTB qrupun MDB və Gürcüstan ərazisində yerləşən bankomatları barədə ətraflı məlumatı əldə etmək və ən yaxın ATM-i müəyyənləşdirmək üçün, Android və iOS üçün proqram təminatını yükləmək kifayətdir.

2011-ci ilin iyun ayından başlayaraq Bank VTB (Azərbaycan) öz müştəriləri üçün VTB qrupun MDB ölkələrində və Gürcüstan ərazisində fəaliyyət göstərən törəmə banklarının ATM-ləirndən nağd vəsaitlərini Bank VTB (Azərbaycan) ASC-nin mövcud tariflərinə uyğun əldə etməyə imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR