Azərbaycanda “quş qripi” ilə bağlı monitorinq keçiriləcək

Azərbaycanda “quş qripi” ilə bağlı monitorinq keçiriləcək
# 04 dekabr 2013 14:17 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib. Y. Xanvəli bildirib ki, monitorinq dekabrın 20-də yekunlaşacaq: “ Monitorinq köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron Milli Parkında, Salyandakı Şirvan Milli Qoruğunda, Lənkərandakı “Qızılağac” Dövlət Qoruğunda və Ağcabədidəki “Ağ göl” Dövlət Qoruğunda, eləcə də dənizsahili ərazilərdə həyata keçiriləcək. Bununla yanaşı ayrı-ayrı quşçuluq və təsərrüfatlardan da qan və patoloji materialların götürülməsi nəzərdə tutulub. Həmin materiallar götürüldükdən sonra, Respublika Baytarlıq Laboratoriyasında “quş qripi”nin müxtəlif tiplərinə görə, müayinələr aparılacaq. Monitorinq yekunlaşan kimi nəticələr ictimaiyyətə çatdırılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR