Tiflisdə Azərbaycan Silahlı Qüvvələrinin 96-cı ildönümü qeyd edilib - FOTO

Tiflisdə Azərbaycan Silahlı Qüvvələrinin 96-cı ildönümü qeyd edilib - <span style="color: red;">FOTO
# 23 iyun 2014 21:19 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan müdafiə naziri İrakli Alasaniya, onun müavini Mişa Darçiaşvili, Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, Gürcüstanda akkreditə olunan hərbi attaşelər, deputatlar, gürcü və Azərbaycan ictimaiyyətinin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, jurnalistlər iştirak edib.

Tədbirdə Azərbaycan və Gürcüstan dövlətlərinin himni səsləndirilib. Sonra Azərbaycan Silahlı Qüvvələrinin Gürcüstandakı hərbi attaşesi İlham Əkbərov Milli Ordunun yaranmasının 96 illiyi münasibətilə çıxış edib. Hərbi attaşe prezident və Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun regionda tərəfdaşları ilə birgə təhlükəsizliyi təmin etməyə qadir olduğunu bildirib.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələri haqqında film nümayiş etdirilib. Sonra qonaqlar üçün əlamətdar gün münasibətilə yemək süfrəsi təşkil olunub.

Gürcüstan müdafiə nazirinin müavini Mişa Darçiaşvili jurnalistlərə açıqlamasında nazirlik adından Azərbaycanın Silahlı Qüvvələr Gününü təbrik edib: “Fürsətdən istifadə edib dostlarımızı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edir, uğur və nailiyyətlər arzulayıram. Bizim iqtisadi sahədə olduğu kimi, hərbi sahədə də əməkdaşlığımız genişlənir. Biz bu yaxınlarda hərbi sahədə üçtərəfli - Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı barədə razılaşma imzalayacağıq”, deyə Gürcüstan müdafiə nazirinin müavini bildirib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR