Türkiyədə 100-dən çox britaniyalı turist zəhərlənib

Türkiyədə 100-dən çox britaniyalı turist zəhərlənib
# 22 avqust 2013 03:17 (UTC +04:00)

Bakı-APA. Türkiyədə istirahət zamanı 100-dən çox britaniyalı turist zəhərlənib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Britaniyanın “Mirror” qəzeti xəbər yayıb.

Hadisənin Side şəhərinin “Sentido Perissia” otelində baş verdiyi bildirilir. Zəhərlənənlərin bir qismi xəstəxanalara yerləşdirilib, onların arasında 5 aylıq körpə var.

Hazırda otelin əməkdaşları ərazidə olan hovuzlara girişi bağlayıb. Bütün qonaqlardan öz otaqlarından çıxmamaq xahiş olunur.

Qusma və diareya ilə müşahidə olunan zəhərlənmənin virus mənşəli olduğu güman edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR