Kürdəmirdə iki minik maşını toqquşub, ölən və xəsarət alan var

Kürdəmirdə iki minik maşını toqquşub, ölən və xəsarət alan var
# 07 iyun 2014 07:50 (UTC +04:00)

Kürdəmir. Elvin Yaqubov - APA. Kürdəmirdə ölümlə nəticələnən avtomobil qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə, hadisə bu gün səhər saat 09:00 radələrində Ağsu-Kürdəmir-İmişli yolunda, Kürdəmirin Topalhəsənli kəndi ərazisində qeydə alınıb. Həmin kəndin sakinlərinə məxsus iki minik avtomobilinin toqquşması nəticəsində sürücü, 1979-cu il təvəllüdlü Süleymanov Rahib Eyvaz oğlu aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Digər avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Osmanov Elnur Osman oğlu müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR