Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonunadək Aşqabadda keçiriləcək

Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin növbəti görüşü bu ilin sonunadək Aşqabadda keçiriləcək
# 26 may 2014 11:18 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bu gün nazirlərin Bakıda keçirilmiş üçtərəfli görüşündən sonra həmkarları Əhməd Davudoglu (Türkiyə) və Rəşid Meredovla (Türkmənistan) birgə keçirilən mətbuat konfransında deyib.

Nazir qeyd edib ki bugünkü görüş çərçivəsində tərəflər üç ölkə arasında münasibətləri, həmçinin beynəlxalq arenada, o cümlədən energetika və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Qeyd edək ki, nazirlərin görüşünün sonunda Bakı Bəyannaməsi qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR