Azərbaycanda daha bir qanunsuz lotereyanın keçirildiyi aşkarlanıb

Azərbaycanda daha bir qanunsuz lotereyanın keçirildiyi aşkarlanıb
# 13 noyabr 2013 12:36 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində «Football Planet» MMC-nin lotereyalar haqqında qanunvericiliyin tələbləri pozulduğu aşkarlanıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar, Komitə «Football Planet»ə keçirdiyi «FP-2-1-0» adlı stimullaşdırıcı lotereyanın dayandırılması barəsində göstəriş verib.

«Bununla bağlı, QKDK vətəndaşları məlumatlandırır və bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa çağırır», - deyə Komitənin rəsmi məlumatında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR