Azərbaycan prezidenti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalayıb

Azərbaycan prezidenti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında fərman imzalayıb
# 15 may 2014 15:55 (UTC +04:00)

APA-nın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidenti aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin xərclər smetasını və ştat cədvəlini, işçilərinin say həddini, icraçı direktorunun və işçilərinin aylıq vəzifə maaşlarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin binasının tikilməsi barədə təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin.

Ədliyyə Nazirliyinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dövlət qeydiyyatına alınmasını bir ay müddətində təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR