Əli Əkbər Salehi: “Avropa Birliyinin “Hizbullah”ın hərbi qanadını terror siyahısına salması qəbuledilməzdir”

 Əli Əkbər Salehi: “Avropa Birliyinin “Hizbullah”ın hərbi qanadını terror siyahısına salması qəbuledilməzdir”
# 23 iyul 2013 11:17 (UTC +04:00)

Bakı. Real Cəfərli-APA. Avropa Birliyinin (AB) Livanın “Hizbullah” təşkilatının hərbi qanadını terror siyahısına salması bütün siyasi və hüquqi normalara ziddir və qəbuledilməzdir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Onun sözlərinə görə, bu addım Avropa Birliyinin bəzi üzvlərinin təzyiqi nəticəsində məqsədli şəkildə atılıb: “AB-yə üzv ölkələrin xarici işlər nazirləri regional inkişafa yardım göstərməyi düşünürlər. Halbuki onların bölgədəki böhranlara istiqamətli səhv dəyərləndirmələri yanlış mövqe nümayişinə və ikili standartların tətbiqinə gətirib çıxarır”.

Ə. Salehi İranın AB-nin bu qərarını qınadığını deyərək bu cür cəhdlərin xalqların haqlı mübarizələrinə təsir göstərməyəcəyini vurğulayıb: “AB-nin bu qərarı İsrail və müttəfiqlərinin qanuni olmayan mənfəətləri istiqamətində alınıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR