FHN Akademiyasının birinci kurs kursantlarının andiçmə mərasimi keçirilib - FOTO

FHN Akademiyasının birinci kurs kursantlarının andiçmə mərasimi keçirilib  - <span style="color: red;">FOTO
# 17 oktyabr 2013 15:56 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Bu gün Dövlət Bayrağı Meydanında Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının ilkin hərbi hazırlığı başa vurmuş birinci kurs kursantlarının andiçmə mərasimi keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, tədbirdə fövqəladə hallar nazirinin müavinləri, general-leytenantlar Faiq Tağızadə və Etibar Mirzəyev iştirak ediblər.

E.Mirzəyev kursantları təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb.

Daha sonra Akademiyanın rəisi general-mayor Pənah Süleymanov çıxış edərək kursantların andiçmə mərasiminin əlamətdar hadisə olduğunu qeyd edib.

Birinci kurs kursantı Kənan Cəlilov çıxış edərək tələbə yoldaşları adından üzərlərinə qoyulmuş etimadı layiqincə doğruldacaqlarına söz verib. Mərasim təntənəli sıra keçidi ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR