Xəzərin Azərbaycan sektorunda Rusiya gəmisində texniki nasazlıq baş verib

Xəzərin Azərbaycan sektorunda Rusiya gəmisində texniki nasazlıq baş verib
# 28 noyabr 2013 07:15 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Çilov adası yaxınlığında Rusiya Federasiyasına məxsus quru yük gəmisinin mühərrikində texniki nasazlıq baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Qoryaçi” qəza-xilasetmə gəmisi hadisə yerinə cəlb olunub.

Əməliyyatın nəticələri barədə əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR