Həbs olunan “Nida”çıların valideynləri aclıq aksiyasına başlayacaqlar

Həbs olunan “Nida”çıların valideynləri aclıq aksiyasına başlayacaqlar
# 18 aprel 2014 14:31 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Həbs olunan “Nida”çıların valideynləri mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, ittiham olunan “Nida”çı Zaur Qurbanlının anası Səkinə Qurbanova çıxışında prokurorun gənclərə tez ittiham irəli sürməsinin gözlənilməz olduğunu bildirib. O, prokuroru “Nida”çı gənclərə çox iş istəməkdə ittiham edib və gənclərə bəraət verilməsini istəyib.

S. Qurbanova qeyd edib ki, buna etiraz olaraq valideynlər aprelin 20-dən aclıq aksiyasına başlayacaqlar və həbs olunanlara bəraət verilənə qədər aksiya davam etdiriləcək.

Rəşadət Axundovun atası Fikrət Axundov da aclıq aksiyasına başlayacaqlarını qeyd edib.

Sonda valideynlərdən 3-ü aprelin 20-dən aclıq aksiyasına başlamaq barədə qərar verib.

Vəkillər Namiq Hacıyev və Fariz Namazlı isə bu gün həbsdə olan Rəşadət Axundov, Şahin Novruzlu və Məmməd Əzizovla görüşüblər.

Bu barədə APA-ya məlumat verən N. Hacıyev bildirib ki, təqsirləndirilən şəxslərin dünəndən başladıqları aclıq aksiyası davam edir.

N. Hacıyev bildirib ki, təqsirləndirilən şəxslərin cərimə kamerasına salınmaları barədə yayılan məlumatlar isə həqiqəti əks etdirmir: “Biz bu məsələni də soruşduq. Onlardan heç kim cərimə kamerasına salınmayıb ”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən isə APA-ya bildiriblər ki, təqsirləndirilən şəxslərin aclıq aksiyasına başlamaları barədə məlumatlar həqiqəti əks etdirmir.

Xatırladaq ki, ötən gün hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyib. Prokuror məhkəmədən Zaur Qurbanlı, İlkin Rüstəmzadə və Rəşadət Axundovun 8 il 6 ay, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Məmməd Əzizovun 8 il, Üzeyir Məmmədlinin 7 il 6 ay, Şahin Novruzlunun 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR