Azərbaycanda keçiriləcək prezident seçkilərində 4 986 296 seçici iştirak edəcək

Azərbaycanda keçiriləcək prezident seçkilərində 4 986 296 seçici iştirak edəcək
# 29 may 2013 13:40 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib.

O deyib ki, qadın seçicilərin sayı 2 462 983 nəfər, kişilərin sayı isə 2 523 313 nəfərdir: “İlk dəfə olaraq səsvermədə iştirak edənlərin sayı isə 114 minə yaxındır. Yaşı 85-90 arası olanların sayı 27 014, 90-100 arası olanların sayı 6 424, yaşı 100-dən yuxarı olanların sayı isə 825 nəfərdir. Ən yaşlı seçici isə 89 saylı Göyçay-Ağdaş seçki dairəsinin 24 saylı seçki məntəqəsinin seçicisi 1889-cu il təvəllüdlü, 124 yaşlı Dadaşova Gözəl Əli qızıdır”.

M.Pənahov qeyd edib ki, ən çox seçici yaşı olan qrup 19-30 yaş arasıdır: “Bu yaşda olan seçicilərin sayı 1 317 353 nəfərdir. Bu da seçicilərin 27,6%-ni təşkil edir”.

M.Pənahov bildirib ki, seçici siyahıları müvafiq dövlət qurumları ilə birgə hazırlanıb. O qeyd edib ki, proses mayın sonuna qədər yekunlaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR