Bakıda çimərlikdə 4 nəfər boğulub

Bakıda çimərlikdə 4 nəfər boğulub
# 08 avqust 2013 09:39 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda çimərlikdə 4 nəfər boğulub. Xəzər rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Xəzər dənizinin Mərdəkan qəsəbəsindən keçən hissəsində 1983-cü il təvəllüdlü Röyal Süleyman oğlu Əsədov Mərdəkan çimərliyində, 20 yaşlı Təranə Nurman qızı Musayeva Şüvəlan çimərliyində batıb.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər dənizinin Pirşağı qəsəbəsindən keçən hissəsində 2000-ci il təvəllüdlü Aysel Natiq qızı Əkbərli və 1990-cı il təvəllüdlü Lətif Ələmşah oğlu Məmmədov dənizdə çimərkən batıb.

Çimərlikdə batan 4 nəfərin cəsədi dənizdən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR