“DəmirBank” “Yay təcrübə proqramı” həyata keçirir

“DəmirBank” “Yay təcrübə proqramı” həyata keçirir
# 04 iyun 2014 10:45 (UTC +04:00)

Bakı - APA-Economics. “DəmirBank” 2014-cü ilin iyun, iyul və avqust ayları ərzində “Yay təcrübə proqramı” layihəsini həyata keçirəcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, təcrübə proqramı namizədlərin seçiminə görə 1, 2 və ya 3 ay davam edə bilər. Namizədlər təcrübə keçmək istədikləri sahəni özləri seçirlər.

Layihənin əsas məqsədi ali məktəblərin bakalavr və magistr pilləsində təhsil alan, təhsil aldığı müddətdə qiymətləri ilə fərqlənən və xüsusi istedadlı tələbələr üçün karyera imkanlarının yaradılmasıdır.

Layihə çərçivəsində bankın İnsan Resursları departamenti bir sıra universitetlərdə tələbələrlə görüşlər keçirib.

Proqram yay tətili zamanı keçirildiyi üçün həmçinin xaricdə təhsil alan tələbələr də layihəyə cəlb olunub. “Yay təcrübə proqramı” çərçivəsində banka 300-dən artıq namizəd müraciət edib. Aparılan testlər nəticəsində onlardan 54 nəfəri bu yay Bankda təcrübə keçmək üçün növbəti müsahibələrə dəvət olunublar.


“DəmirBank” ın dəstəyi ilə Azərbaycan Tələbələr Birliyi və IAESTE beynəlxalq təşkilatının birgə proqramı üzrə Çinin Siçuan Universitetinin tələbəsi bankın özündə və Azərbaycanlı tələbə isə Çində 2 aylıq təcrübə keçib. Bundan başqa Bankda təhsil sahəsinin maliyyələşməsi üzrə digər layihələr də həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR