Azərbaycanda “Sığorta strategiyası 2020” adlı sənəd hazırlanır

Azərbaycanda “Sığorta strategiyası 2020” adlı sənəd hazırlanır
# 13 iyun 2014 11:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Maliyyə Nazirliyinin sifarişi ilə Dövlət Sığorta Nəzarəti Xidməti “Sığorta strategiyası 2020” adlı sənəd hazırlanır. Məqsəd sığorta sahəsində fəaliyyəti ilə bağlı ümumi konsepsiyanın yaradılmasıdır. “APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri (ASA) Orxan Bayramov məlumat verib.

Onun sözlərinə görə, yeni hədəflərin yer alacağı sənəd tövsiyə xarakteri daşıyacaq.

ASA sədri əlavə edib ki, hazırda sənəd sığorta şirkətləri səviyyəsində müzakirə olunur. “İndi təkbətək formatda strategiyanın müzakirəsi gedir. Daha sonra sığorta şirkətləri ilə birlikdə strategiya müzakirə olunacaq. Sənəd hazırlanarkən sığorta şirkətlərinin təklifləri nəzərə alınacaq”, - deyə o vurğulayıb.

ASA sədri qeyd edib ki, strategiyanın son variantı sentyabr ayına kimi hazır olacaq.

Qeyd edək ki, Azərbaycanda ilk dəfədir ki, sığorta ilə bağlı strategiya hazırlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR