® Şəmkirdə «West Gate» alış-veriş cərgəsi istifadəyə verilib - FOTO

<b><font color=red>® </font> Şəmkirdə «West Gate» alış-veriş cərgəsi istifadəyə verilib</b> - <span style="color: red;">FOTO
# 09 noyabr 2013 16:30 (UTC +04:00)

Şəmkir – APA. Bu gün Şəmkir rayonunda 9 noyabr - Dövlət Bayrağı Günündə «West Gate» («Qərb Qapısı») alış-veriş cərgəsinin rəsmi açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, ticarət sahəsi Şəmkir şəhərinin girişində yerləşir.

Tədbirdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov, «Synergy Group» ASC-nin Müşahidə Şurasının sədri Riyad Hüseynov və «West Gate»in direktoru Mahir Məmmədbağırov ticarət cərgəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinə rəmzi açarlar təqdim edilib. Tədbirdə «West Gate» alış-veriş cərgəsinin regionların sosial-iqtisadi inkişafı baxımından əhəmiyyəti vurğulanıb, xüsusilə də qeyri-neft sektoruna qoyulan sərmayə, sahibkarlığın inkişafı və ümumiyyətlə, bölgələrin inkişafı layihələrinin uğurlu icrasına nümunə kimi dəyərləndirilib.

Qeyd edək ki, regionda analoqu olmayan bu ticarət cərgəsi 2 km boyunca uzanmaqla hazırda Azərbaycanın ən tanınmış brendləri bir araya gətirib. Bunların sırasında ziyarətçilərin hər cür ehtiyacı və istirahəti üçün nəzərdə tutulmuş «Anadolu» restoranı, «Caspian Coast Winery Gallery» şərab dükanı, «Mado» kafesi, «SBuket» gül dükanı, «Cinici», «Kids Gallery», «Kığılı», «Koton», «Romantic» kimi geyim dükanları, «Caspel», «Music Gallery», «WorldTelecom» məişət texnikası dükanları, «Contact Home», «Fab boya», «Lindab», «STP», «Tuto Bella» kimi mebel, məişət əşyaları və tikinti materiallarının satış nöqtələri, «Ideal Perfumery & Cosmetics», «VMF», «TimSport» idman əşyaları dükanı, «Atabank», «Avis Aptek», «AvtoSalon», «Makro Market» artıq fəaliyyətə başlayıb.

Sadalanan şirkətlərdən əlavə gələcəkdə bir neçə tanınmış brendin də fəaliyyəti planlaşdırılır. Hazırda bu istiqamətdə ikitərəfli danışıqlar aparılır.

Həmçinin, ticarət cərgəsinin ərazisində ziyarətçilərə parkinq xidməti təklif olunur. Yaxın gələcəkdə böyük şəhərlərdən birbaşa «West Gate» alış-veriş mərkəzinə xüsusi sərnişin avtobusları vasitəsilə müştərilərin çatdırılmasını təmin edəcək, marşrutun, habelə, 7 000 kv. metr ərazidə ziyarətçilərin rahat hərəkət etməsi üçün mobil sərnişin daşıma maşınlarının təşkili nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR