Azərbaycanlı alimlər Cənubi Koreyaya səfər edəcək

Azərbaycanlı alimlər Cənubi Koreyaya səfər edəcək
# 12 dekabr 2013 03:47 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun alimləri Koreya Qabaqcıl Tədqiqatlar İnstitutunun dəvəti ilə “Kvant informasiyası” mövzusunda beynəlxalq konfransda iştirak edəcək. AMEA-dan APA-ya verilən məlumata görə, bu məqsədlə dekabrın 13-də institutun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ənvər Nəhmədov və fizika-riyaziyyat elmləri namizədi Elçin Cəfərov Seul şəhərinə səfər edəcək.

Dörd gün davam edəcək konfransda azərbaycanlı alimlərin “İfratkeçirici spin zəncirlərində Mayorana fermionları” və “Heyzenberq spin zəncirlərində yaxın-qonşu təsiri altında kubit səviyyələrin ötürülməsi” mövzularında məruzələri nəzərdə tutulur.

Səfər zamanı Koreya Qabaqcıl Tədqiqatlar İnstitutu ilə əməkdaşlıq məsələləri də müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR