“Bakıelektrikşəbəkə” borclu abonentlərə xəbərdarlıq edib

“Bakıelektrikşəbəkə” borclu abonentlərə xəbərdarlıq edib
# 21 yanvar 2014 10:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bakıelektrikşəbəkə” ASC borclu abonentlərin işığını kəsəcək.

“Bakıelektrikşəbəkə” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, qurumun fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı yanvarın 24-də saat 12:00-dan etibarən müvafiq qanunvericiliyə uyğun qeyd-şərtsiz və fərdi qaydada dayandırılacaq.

Yuxarıda qeyd olunan müddətdə borcunu ödəməyən abonentlərin elektrik enerjisi təchizatı heç bir güzəşt edilmədən dayandıracaq. Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün “Bakıelektrikşəbəkə” ASC tərəfindən çox ciddi tədbirlər görüləcək. Elektrik enerjisi təchizatı ilə bağlı abonentlərin hər hansı problem yaşamaması üçün istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsi xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR