“Xəzər Lənkəran”ın yeni məşqçisi müəyyənləşib

“Xəzər Lənkəran”ın yeni məşqçisi müəyyənləşib
# 01 avqust 2013 09:52 (UTC +04:00)

Bakı – APA. “Xəzər Lənkəran”ın sabiq futbolçusu Mario Souza yenidən komandaya qayıdır. Apasport.az saytının məlumatına görə, 36 yaşlı braziliyalı cənub təmsilçisində seleksiyaçı məşqçi vəzifəsində çalışacaq. Həftənin sonuna kimi həmin posta təyinat gerçəkləşəcək ki, namizəd məhz Souzadır.


Mario təxminən 1 ay öncə həmyerlisi, qapıçı Duqlas Leytenin “Xəzər Lənkəran”a keçidinin təşəbbüskarı olub. Klubun tarixində ən yaxşı legionerlərdən sayılan Souza “Birlik kuboku” və Azərbaycan kubokunun sahibi olub.

Qeyd edək ki, cənub təmsilçisində sonuncu dəfə seleksiyaçı məşqçi vəzifəsində Zaur Ramazanov çalışırdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR