Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanalarında araşdırma aparıblar

Ombudsman Aparatının əməkdaşları istintaq təcridxanalarında araşdırma aparıblar
# 10 sentyabr 2013 15:38 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Bakı İstintaq Təcridxanasında və 3 saylı istintaq təcridxanalarında olublar. Onlar müvəkkilə müraciət edən şəxslərlə görüşüblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri saxlanılan şəxslərin saxlanılma şəraiti, səhhəti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənib, hüquqlarını və Ombudsmanın səlahiyyətlərini izah edib, şikayətlər diqqətlə dinlənilib.

Hər iki müəssisədə qəbul edilmiş 25 nəfərədək şəxslə fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməyiblər.

3 saylı İstintaq Təcridxanasında 12 nəfərlik yeni qısamüddətli görüş otağının istifadəyə verilməsi müsbət hal kimi qiymətləndirilib.

Başçəkmənin nəticələri və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər iki müəssisənin rəhbərlərinə müvafiq tövsiyələr verilib.

şdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR