Məhsəti Gəncəvinin 800 illik yubileyinə həsr olunan “Gəncədən doğan ulduz” tamaşasının təqdimatı olacaq

Məhsəti Gəncəvinin 800 illik yubileyinə həsr olunan “Gəncədən doğan ulduz” tamaşasının təqdimatı olacaq
# 30 may 2013 16:13 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Mayın 31-də Gəncə Dövlət Dram Teatrında Məshəti Gəncəvinin 800 illik yubileyinə həsr olunan Məmməd Alimin “Gəncədən doğan ulduz” tamaşasının təqdimatı olacaq. Bu barədə APA-ya teatrın direktoru Əli Qasımov məlumat verib.

Onun sözlərinə görə, rejissoru Vaqif Şərifov olan tamaşada rolları Elxan Abbasov, Novruz Cəfərov, Salam İsmayılov və başqaları ifa edəcək: “Tamaşada Məhsəti Gəncəvinin rübailərindən də istifadə olunacaq. Bu hissələri xalq artisti Şahnaz Haşımova ifa edəcək”.

Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin təşkilatı ilə hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR