Cavad Şıxəliyev: “Azərbaycanda insan alveri ilə bağlı cinayət hallarının sayı azalıb”

Cavad Şıxəliyev: “Azərbaycanda insan alveri ilə bağlı cinayət hallarının sayı azalıb”
# 26 noyabr 2013 08:33 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “İnsan alveri qurbanlarının müdafiəsi mexanizmləri”nə həsr olunan beynəlxalq seminarda çıxışında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, polis polkovniki Cavad Şıxəliyev deyib. O bildirib ki, Azərbaycanda ilk dəfə olaraq bu il xarici ölkə vətəndaşı insan alverinin qurbanı qismində müəyyən edilib: “Azərbaycanda insan alveri ilə mübarizə ilə bağlı işlərə ciddi önəm verilir. Görülən təbirlərin nəticəsidir ki, illər üzrə götürdükdə insan alveri ilə bağlı cinayətlərin sayının azalması tendensiyası müşahidə edilir. Əvvəllər 80-85 cinayət işi istintaq edilirdisə, daha sonra bunların sayı 70-60-a düşüb, bu gün isə 15-ə enib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR