Penitensiar Xidmətin əməkdaşı istintaq təcridxanasına narkotik keçirərkən saxlanılıb

Penitensiar Xidmətin əməkdaşı istintaq təcridxanasına narkotik keçirərkən saxlanılıb
# 27 yanvar 2014 10:22 (UTC +04:00)

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Ədliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasında inspektor vəzifəsində xidmət edən ədliyyə baş leytenantı Cavid Rəhim oğlu Qasımovun müəssisəyə daxil olarkən üzərinə baxış keçirilib və ondan 1 ədəd sellofan bükülüdə xalis çəkisi 5,998 qram olan narkotik vasitə “tiryək” aşkar olunaraq götürülüb.

Ədliyyə baş leytenantı Qasımov Cavid Rəhim oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmət rəisinin əmri ilə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarından xaric edilib, barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi məqsədilə aidiyyəti istintaq orqanlarına təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR