Saatlı rayon sakinlərindən xeyli miqdarda narkotik götürülüb

Saatlı rayon sakinlərindən xeyli miqdarda narkotik götürülüb
# 05 noyabr 2013 10:40 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidməti narkotiklərin qanunsuz dövriyyəsinə qarşı birgə əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayonunun Məzrəli kəndinin ərazisində rayon sakinləri İlhamə Səmədova və Ruslan Səmədovdan 2 kiloqram 145 qram həşiş götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR