Dow Jones indeksi 1,2%, S&P 500 indeksi 1,0%, Nasdaq indeksi 1,1% enib

Dow Jones indeksi 1,2%, S&P 500 indeksi 1,0%, Nasdaq indeksi 1,1% enib
# 30 yanvar 2014 06:45 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 29-da Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 15 739 bəndədək, S&P 500 1,0% - 1 774 bəndədək, Nasdaq 1,1% - 4 051 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsinə Federal Ehtiyat Sisteminin qərarı təsir edib. Belə ki, FES-in iclasında dövlət və ipoteka istiqrazlarının geri alınması proqramının ayda 75 mlrd. dollardan 65 mlrd. dollara azaldılması barədə qərar qəbul olunub.

Avropa fond bazarlarında yanvarın 29-da FTSE 100 indeksi 0,7% - 6 524 bəndədək, Almaniya DAX-ı 0,9% - 9 324 bəndədək, Fransa CAC-40-ı isə 0,7% - 4 156 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,3% artaraq 1 262,60 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3649 dollar (-0,03%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR