Maykl Mann: “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri ciddi mərhələyə qədəm qoyub”

Maykl Mann: “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri ciddi mərhələyə qədəm qoyub”
# 07 noyabr 2013 13:06 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri ciddi mərhələyə qədəm qoyub.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin sözçüsü Maykl Mann bildirib.

Onun sözlərinə görə, müzakirələr kompleks şəkildə aparılır: “Bu baxımdan hər iki tərəf də diqqəti əsas mövzuya yönəltmək məqsədilə müzakirələrin məzmununun gizli tutulmasını qərara alıblar”.

M.Mann bu gün İranla “altılıq” ölkələri arasında Cenevrədə başlayan növbəti nüvə müzakirələrində həqiqi bir əldə olunacağına ümid etdiklərini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR