Prezident Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib

Prezident Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib
# 10 sentyabr 2013 10:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 10-da Yevlax Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. APA-nın xəbərinə görə, səhiyyə naziri Oqtay Şirəliyev məlumat verib ki, inşasına 2012-ci ilin martında başlanan xəstəxananın ərazisi 4,3 hektar, tikinti sahəsi 18,6 min kvadratmetrdir. Buradakı 6 blokun üçü dördmərtəbəli, digər üç blok isə üçmərtəbəlidir.

Prezident xəstəxanada yaradılan şəraitlə tanış olub. Tibb ocağında poliklinika, yoluxucu xəstəliklər, şüa-diaqnostika, qadın məsləhətxanası və ailə planlaşdırma, doğum, qəbul, laboratoriya, urologiya, cərrahiyə, travmatologiya, hemodializ şöbələri fəaliyyət göstərir. Bundan əlavə, xəstələr ginekologiya, sterilizasiya, anesteziologiya, reanimasiya, lor, oftalmologiya, daxili xəstəliklər şöbələrinin xidmətlərindən də istifadə edə biləcəklər. Burada müxtəlif cərrahiyyə əməliyyatlarının aparılması üçün hər cür şərait yaradılıb. Ən müasir avadanlığın quraşdırıldığı bu tibb ocağında kompüter tomoqrafiyası, rəqəmsal rentgen, flüoroqraf, 4D və 3D ultrasəs müayinə aparatları, oftalmoloji kombayn və digər müasir qurğular vasitəsilə xəstələrə keyfiyyətli tibbi xidmət göstəriləcək. Bütün bunlar 2003-cü ildən sonrakı dövrün Azərbaycan səhiyyəsində yeni inkişaf mərhələsi kimi yadda qaldığını təsdiqləyir.


Dövlət başçısı xəstəxanada yaradılmış şəraitdən razılığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR