Gəncədə qardaş qardaşı bıçaqlayıb - VİDEO

Gəncədə qardaş qardaşı bıçaqlayıb - <span style="color: red;">VİDEO
# 12 sentyabr 2013 22:03 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə qardaş qardaşı bıçaqlayıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə sentyabrın 12-də saat 20 radələrində şəhərin Təbriz küçəsində baş verib. Gəncə şəhər sakini, 1996-cı il təvəllüdlü Qurban Musayev yaşadığı evin qarşısında şəxsi münasibətlər zəminində, qardaşı, 1997-ci il təvəllüdlü Cavid Musayevi bıçaqlayıb. C. Musayev döş qəfəsinin və qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun səhhətinin ağır olduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR