Millət vəkilləri özünü yandıraraq dünyasını dəyişən Qarabağ əlilinin yas mərasiminə qatılıblar - FOTOSESSİYA

Millət vəkilləri özünü yandıraraq dünyasını dəyişən Qarabağ əlilinin yas mərasiminə qatılıblar - <span style="color: red;">FOTOSESSİYA
# 29 dekabr 2013 10:43 (UTC +04:00)

APA-nın xəbərinə görə, vida mərasimi Lökbatan qəsəbəsində, mərhumun evində təşkil olunub.

Yas mərasimində Qarabağ müharibəsinin iştirakçıları, əlillər, mərhumun yaxınları, media nümayəndələri iştirak edirlər.

Mərasimə YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da qatılıb.

Qeyd edək ki, dekabrın 25-də özünü yandırmış II qrup Qarabağ əlili Zaur Həsənov ötən axşam müalicə aldığı 5 saylı şəhər Klinik Xəstəxananın Yanıq mərkəzində dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR