Ağdamın daha bir cəbhə kəndində yeni tibb məntəqəsi istifadəyə verilib

Ağdamın daha bir cəbhə kəndində yeni tibb məntəqəsi istifadəyə verilib
# 17 yanvar 2014 10:35 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Ağdamın cəbhəyanı yaşayış məntəqəsi olan Təzəkənd kəndində yeni ambulator-tibb məntəqəsi açılıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin dəstəyi ilə həyata keçirilən layihə əsasında ikiotaqlı tibb məntəqəsi inşası ilə yanaşı, ambulatoriya müxtəlif çeşidli tibbi avadanlıqlar və ləvazimatlarla təchiz edilib.

Ağdam MRX-dan APA-ya verilən məlumata görə, yeni müəssisədə 7 nəfərlik tibbi heyətin işləməsi nəzərdə tutulsa da, kadr çatışmazlığı üzündən bu proses bir müddət ləngiyəcək. İndiyədək kənddə tibbi xidmət olmadığından, sakinlər ehtiyac yarandıqda, başqa yerlərə üz tutmalı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR