Gəncədə iki nəfər zəhərlənib

Gəncədə iki nəfər zəhərlənib
# 12 dekabr 2013 08:42 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə iki zəhərlənmə hadisəsi baş verib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, 1969-cu il təvəllüdlü Yeganə İbrahimova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi müdaxilə nəticəsində qadının həyatını xilas etmək mümkün olsa da, hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir. Araşdırma zamanı məlum olub ki, 44 yaşlı Y. İbrahimova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Başqa bir zəhərlənmə hadisəsi isə dərman preparatından olub. Şəhər sakini, 47 yaşlı Mahirə Hüseynova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, o özünü pis hiss etdiyinə görə bir neçə sakitləşdirici həbi içib və nəticədə zəhərlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR