Müdafiə Nazirliyinin hərbi hissəsinin sabiq maliyyə xidməti rəisinə hökm oxunub

Müdafiə Nazirliyinin hərbi hissəsinin sabiq maliyyə xidməti rəisinə hökm oxunub
# 25 oktyabr 2013 08:34 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq maliyyə xidməti rəisi Aydın Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Sadıqov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Sadıqov Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 326.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları oğurlama və ya məhv etmə) maddələri ilə ittiham olunub.

Hökmdən narazı qalan A. Sadıqov apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR