31 yaşlı İrakli Qaribaşvili daxili işlər naziri vəzifəsinə 28 yaşlı Aleksandr Çikaidzenin namizədliyini irəli sürüb

31 yaşlı İrakli Qaribaşvili daxili işlər naziri vəzifəsinə 28 yaşlı Aleksandr Çikaidzenin namizədliyini irəli sürüb
# 18 noyabr 2013 15:42 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstanın baş naziri vəzifəsinə təqdimatı verilmiş 31 yaşlı İrakli Qaribaşvili bu gün yeni hökumətin tərkibini elan edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hökumətin tərkibi olduğu kimi qalıb, yalnız İrakli Qaribaşvilinin daxili işlər naziri vəzifəsindən ayrılması ilə əlaqədar bu posta 28 yaşlı Aleksandr Çikaidzenin namizədliyi irəli sürülüb.

Hökumətin digər üzvləri öz vəzifələrində qalıblar.

Qeyd edək ki, Nazirlər Kabinetinin tərkibi gələn həftə təsdiqlənəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR