“Mobil kitab rəfi” layihəsində start verilib - FOTO - VİDEO

“Mobil kitab rəfi” layihəsində start verilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 noyabr 2013 08:43 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu “Mobil kitab rəfi” layihəsində start verib. Bu barədə APA-ya fondun mətbuat xidmətindən bildirilib. Açıq kitab rəfi vasitəsilə gənclər İçərişəhərdə yerləşdirilən və mütəmadi olaraq yenilənən kitab rəfindən istədikləri kitabları əldə edərək oxumaq imkanı qazanıblar.

Maarifləndirici layihə olan “Mobil kitab rəfi” adlandırılan mobil keçid vasitəsilə gənclər mobil telefonlarla Azərbaycan və dünya ədəbiyyatının nümunələrini yükləmək və oxumaq imkanı əldə edirlər. Hazırda Azərbaycan və dünya ədəbiyyatından bir sıra kitabların elektron versiyalarının yükləndiyi portala mütəmadi olaraq yeni kitablar əlavə olunacaq.

Qeyd edək ki, gənclərin ən çox istifadə etdiyi ictimai nəqliyyat vasitələrindən olan metroda qatarlarda layihənin posterləri yerləşdirilib. Posterlərdə göstərilən bar kod vasitəsilə gənclər mobil telefonla birbaşa keçidə daxil ola və kitab yükləyə bilərlər.

Azərbaycan Gənclər Fondu gənc nəslin maarifləndirilməsi və inkişafı istiqamətdə bir sıra layihələr həyata keçiriB və maliyyələşdirib. Fond gənclərin kitab oxumağa marağının artırılması, onların daha asan və praktik yollarla kitab əldə etmələri və maariflənmələri üçün bir neçə ay bundan öncə “Açıq kitab rəfi” layihəsini həyata keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR