Türkiyədə polis binasına iki qumbara atılıb

Türkiyədə polis binasına iki qumbara atılıb
# 21 sentyabr 2013 03:50 (UTC +04:00)

Bakı-APA. Türkiyədə polis binasına iki qumbara atılıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Ankara yaxınlığında baş verib.

Türkiyə daxili işlər naziri Müəmmar Gülər bildirib ki, naməlum şəxslər tankəleyhinə qumbaraatandan 3 dəfə atəş açıb. Hadisə nəticəsində ölən və yaralanan olmasa da, binaya zərər dəyib.

Hadisə yeri yaxınlığında partlamamış qumbara və qeyri-leqal təşkilatlardan birinin simvolikası ilə bayraq tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR