"Əl-Qaidə" ABŞ-ı yeni terror aktları ilə hədələyib

 "Əl-Qaidə" ABŞ-ı yeni terror aktları ilə hədələyib
# 13 sentyabr 2013 19:42 (UTC +04:00)

Bakı-APA. “Əl-Qaidə” terror təşkilatının rəhbəri Ayman az-Zəvahiri döyüşçüləri ABŞ-a qarşı terror aktları törətməyə çağırıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu haqda “Associated Press”in yaydığı xəbərdə bildirilir.

"Amerika mistik dövlət deyil. Amerikalılar da adi insanlardır, onları məğlub edib və cəzalandırmaq olar”, - deyə az-Zəvahiri internetdə yayılmış audio-müraciətdə bildirib.

Amerika iqtisadiyyatını çökdürməyə çağıran az-Zəvahiri Vaşinqtonun təhlükəsizliyin təminatına böyük pullar xərcləməyə təhrik edilməsinin vacibliyini vurğulayıb: “Amerikanın ən zəif yeri iqtisadiyyatdır. Onsuz da onlar təhlükəsizlik və hərbi ehtiyaclara böyük vəsait xərcləməklə problemlərlə üzləşir”.

“Əl-Qaidə” lideri həmçinin Suriyada döyüşən tərəfdarlarını Bəşər Əsədə qarşı mübarizəni davam etdirməyə, habelə dünyavi müxalifət qruplaşmaları ilə əməkdaşlıq etməməyə çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR