Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 04 oktyabr 2013 08:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair noyabr müqaviləsinin dəyəri 0,79 dollar və ya 0,8% azalaraq 1 barelə görə 103,31 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, oktyabrın 3-də ICE London qitələrarası birjasında noyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,19 dollar və ya 0,2% azalaraq 109,00 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR