Komandor adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ olub

Komandor adaları yaxınlığında 5,8 bal gücündə zəlzələ olub
# 04 oktyabr 2013 03:18 (UTC +04:00)

Bakı-APA. Sakit okeanda, Komandor adaları rayonunda 5,8 bal gücündə zəlzələ olub. APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar bu gün yerli vaxtla 05.46-da qeydə alınıb. Zəlzələnin episentri Berinq və Mis adaları arasında Berinq adasındakı Nikolski yaşayış məntəqəsindən 77 km aralıda, 30 km dərinlikdə qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR