Tanınmış şairin həbsdə olan oğlu ilə bağlı ekspertiza keçiriləcək

Tanınmış şairin həbsdə olan oğlu ilə bağlı ekspertiza keçiriləcək
# 18 fevral 2014 14:48 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın tanınmış şairi Nüsrət Kəsəmənlinin oğlu Araz Kəsəmənlinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili tibbi ekspertizanın keçirilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin edib. Bunun üçün proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, A. Kəsəmənli ötən il narkotik vasitələrin qanunsuz istifadəsində təqsirləndirilərək həbs edilib. O, bundan öncə 1998-ci ildə qeyr-rəsmi nikahda yaşadığı qadını qətlə yetirməkdə təqsirləndirilərək 15 il müddətinə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR