ABŞ-da qar fırtınası nəticəsində 1 200 aviareys ləğv olunub

ABŞ-da qar fırtınası nəticəsində 1 200 aviareys ləğv olunub
# 03 fevral 2014 20:02 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Nyu-York və Filadelfiya daxil olmaqla, qeyri-sabit hava bir sıra iri hava limanlarının fəaliyyətinə təsir edib.

Yerli icra orqanları insanları ehtiyatlı olmağa və şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırıır.

Meteoroloqlar qar fırtınası nəticəsində Nyu-York şəhərinə 20 sm-dən çox qar yağacağı haqqında xəbərdarlıq ediblər.

Proqnozlara görə, ABŞ-ın şərq sahilboyu ərazilərində soyuq hava həftənin axırınadək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR