Mikayıl Cabbarov: “Mən nazir təyin olunandan onlarla məktəb rəhbəri, direktor müxtəlif xarakterli pozuntulara görə işdən azad edilib” - VİDEO

Mikayıl Cabbarov: “Mən nazir təyin olunandan onlarla məktəb rəhbəri, direktor müxtəlif xarakterli pozuntulara görə işdən azad edilib” - <span style="color: red;">VİDEO
# 17 mart 2014 09:01 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi tərəfindən məktəblərdə aşkar edilən hər bir mənfi hal və problemlərə qarşı lazımi tədbirlər görülür.

Təhsil naziri Mikayıl Cabbarov APA-ya açıqlamasında deyib ki, nazir təyin olunduğu vaxtdan onlarla məktəb rəhbəri, direktor müxtəlif xarakterli pozuntulara görə işdən azad edilib: “Təhsil sistemində olan problemləri gizlətmirik. Nailiyyətlərimiz çoxdur, amma problemlərimiz də var. Problemlərlə mübarizə aparırıq və bu işlər gələcəkdə də davam etdiriləcək”.

M. Cabbarov məktəblərdə şagirdlərin qiymətlərinin şişirdilməsi məsələsinə də münasibət bildirib. Nazirin sözlərinə görə, heç bir valideyn övladının qiymətinin şişirdilməsini istəməz. Onun fikrincə, valideynlər bununla övladına pislik etmiş olurlar: “Amma Azərbaycanın 4500 dövlət, 50-yə qədər özəl məktəbinin hər hansı birində bu baş verə bilər. Biz bunu inkar etmirik və belə hallara qarşı da mübarizə aparırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR