İşğal altında olan Azərbaycan ərazilərində Suriyadan olan erməni ailələrə mənzillər paylanır - FOTO

İşğal altında olan Azərbaycan ərazilərində Suriyadan olan erməni ailələrə mənzillər paylanır - <span style="color: red;">FOTO
# 12 may 2014 08:21 (UTC +04:00)

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistanın Tufenkyan fondunun baş direktoru Andranik Qasparyan bildirib ki, Ermənistan hökuməti Laçın, Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının inzibati yaşayış məntəqələrinə Suriyadan olan erməni qaçqınların yerləşdirilməsində maraqlıdır. Bu məqsədlə adıçəkilən fondun hesabına hər il xeyli miqdarda pul köçürülür.

A. Qasparyan bu il Qubadlı rayonunun Xanlıq kəndində 12 mənzilli binanın tikilərək istifadəyə verildiyini deyib: “Bu mənzillərin orderləri və simvolik açarları yaxın günlərdə Suriyalı qaçqınlara təqdim edilib. Burada yaşayan qaçqınlar eyni zamanda işlə də təmin olunublar”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR