Mingəçevirdə mənzildən meyit tapılıb

Mingəçevirdə mənzildən meyit tapılıb
# 02 iyun 2014 21:36 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112 qaynar telefon xətti”nə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1991-ci il təvəllüdlü Tural Vidadi oğlu Quliyev mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq içəri daxil olublar. Mənzilə baxış keçirilərkən ev sahibinin cəsədi aşkar olunub. Əməliyyat saat 20:23-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR