İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 28 iyun - VİDEO

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 28 iyun - <span style="color: red;">VİDEO
# 28 iyun 2014 17:10 (UTC +04:00)

Bakı-APA. Avropa bütövləşə bilmir. Səbəb təkcə iqtisadi və siyasi faktorlar deyil. Səbəb həm də Avropanın vahid prinsiplərə əsaslanan vahid siyasi xətt yürüdə bilməməsidir. Formal olaraq bir ittifaqda birləşmələrinə rəğmən Avropa Birliyi ölkələri vahid xarici siyasi kursa sahib deyil. Hər kəs öz marağını ön plana çəkir. İqtisadi cəhətdən güclü, enerji baxımından Rusiyadan asılı olmayan ölkələr siyasi maraqları, Moskvanın qaz asılılığından qurtula bilməyən ölkələr isə iqtisadi maraqları ön plana çəkirlər. Və bu zaman Avropa institutları istər-istəməz ikili standart siyasəti yürütməli olur. Məsələn, Ukraynada baş verənlərlə bağlı qətnamə qəbul etmək istəyir, amma Ermənistanın işğalçı dövlət olduğunu qəbul etmək istəmir. Bax belə. Amma ikili standartlar hər zaman bumeranq effekti verir. Avropanın ildən-ilə siyasi cəhətdən zəifləməsinin səbəbi də bu bumeranqın hər dəfə hərlənərək özünə dəyməsidir. Elə bu gün Bakıda olduğu kimi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR