İranın müdafiə naziri Rusiyaya səfər edəcək

İranın müdafiə naziri Rusiyaya səfər edəcək
# 20 may 2014 10:01 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqan Rusiyaya səfər edəcək.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, səfər Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti əsasında baş tutacaq.

Səfərdə məqsəd bu il mayın 23-24-də Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi planlaşdırılan beynəlxalq təhlükəsizlik məsələlərin ələ alınacağı üçüncü konfransda iştirak etməkdir. Tədbirə 50-dən çox ölkənin, regional və beynəlxalq təşkilatın nümayəndəsi qatılacaq. H.Dehqan konfransda çıxış edəcək, beynəlxalq təhlükəsizlik məsələsi ilə bağlı İranın mövqeyini açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR